reklam
Səudiyyə Ərəbistanında ilk dəfə qadınlar arasında marafon keçiriləcək
Sportfm.az xəbər saytı

Səudiyyə Ərəbistanında ilk dəfə qadınlar arasında marafon keçiriləcək


Səudiyyə Ərəbistanının hökuməti ölkə tarixində ilk dəfə krallıq ərazisində qadınlar arasında marafon yarışının keçirilməsinə icazə verib.

Sportfm.az xəbər verir ki, marafon 2018-ci ilin aprel ayında Məkkədə bağlı məkanda keçiriləcək.

"İlk marafonda mümkün qədər çox qadının iştirak etməsi üçün hər şeyi etməyə çalışacağıq. Belə tədbirin təşkilatçıları sırasında olmaq böyük məsuliyyətdir", - deyə qaçışın baş tutacağı zalın sahibi olan "Əl-Vahda" klubunun prezidenti Əhməd Teyib bildirib.

Qeyd edilir ki, marafonda 18 yaşdan yuxarı qadınlar iştirak edə biləcəklər. Qaliblərə mükafatlar təqdim olunacaq.

Bu ölkədə qadınlar arasında açıq havada ilk marafon isə 2019-cu ildə keçiriləcək.

Oxşar xəbərlər

Gürcüstanda marafon - Azərbaycan həsr edilmiş
Səudiyyə Ərəbistanında bir ilk - Qadın futbol liqası
“Bakı Marafonu 2019”a start verildi - FOTO
Səudiyyədə qadınlar ilk dəfə futbol izləyəcək
“Gəncə Marafonu - 2017” keçirilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər