reklam
“Gəncə Marafonu - 2017” keçirilib - FOTO
Sportfm.az xəbər saytı

“Gəncə Marafonu - 2017” keçirilib - FOTO


Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçirilib.

Sportfm.az xəbər verir ki, marafonda 11 mindən çox insan iştirak edib. Yarışa paytaxt Bakıdan, respublikanın ayrı-ayrı bölgələrindən, eləcə də müxtəlif ölkələrdən insanlar qatılıb.Tədbir “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında keçirilib. İştirakçılar arasında hökumət nümayəndələri, Milli Məclisin deputatları, mədəniyyət xadimləri olub. Marafonda Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İtaliya, İran və digər ölkələrin vətəndaşları da yarışıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərov iştirakçıları salamlayaraq bildirib ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda artıq 3-cü marafondur keçirilir. İnsanların bu marafonlara qoşulması, iştirakçı sayının getdikcə artması Azərbaycanda idman tədbirlərinə böyük maraq olduğunu göstərir. “Hər birinizi bizim bütün layihələrimizdə iştiraka çağırıram”, - deyə A. Ələkbərov bildirib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev marafon iştirakçılarını salamlayaraq hamını, xüsusilə gəncləri idman tədbirlərində fəal olmağa səsləyib.

Daha sonra marafona start verilib. İştirakçılar “Zəfər Tağı”ndan Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti ilə hərəkət edərək Heydər Əliyev park kompleksinə qədər məsafəni qət ediblər. Marafonun uzunluğu ümumilikdə 17 kilometr olub. “Gəncə Marafonu – 2017”nin qalibləri iki kateqoriyada – kişi və qadın iştirakçılar arasında müəyyənləşib. Kişilər arasında finiş xəttini ilk olaraq Türkiyə vətəndaşı Üzeyir Söyləməz, ikinci İrandan olan Mohammed Cəfər Muradi, üçüncü Gürcüstan vətəndaşı Omar Baikeyev keçib. Qaliblərə mükafatı Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “Azercell Telekom”un prezidenti Vahid Mürsəliyev təqdim ediblər.

Qadınlar arasında isə birinci yeri Ukrayna vətəndaşı Valentina Poltavska, ikinci yeri Azərbaycan vətəndaşı Anna Yusipova, üçüncü yeri Böyük Britaniya vətəndaşı Nataşa Petersen qazanıb. Xanım idmançılara mükafatları kikboksinq üzrə 5 dəfə dünya çempionu, 3 dəfə Avropa çempionu Zabit Səmədov, Milli Məclisin deputatı Qənirə Paşayeva və Əməkdar Artist Röya Ayxan təqdim edib.

Oxşar xəbərlər

Qaliblər mükafatlandırıldı - “Bakı Marafonu 2023”
"Bakı Marafonu 2023"ün qalibləri məlum oldu
“Bakı Marafonu 2022” başa çatdı - Qaliblər mükafatlandırıldı
“Bakı Marafonu 2019”a start verildi - FOTO
“Gəncə Marafonu-2017” keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər