Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Səudiyyədə qadınlar ilk dəfə futbol izləyəcək
Bu həftədən etibarən Səudiyyə Ərəbistanında ilk dəfə qadınlar futbol matçlarını canlı izləyə biləcəklər.
Sportfm.az xəbər verir ki, xanımların Premyer Liqanın XVII turu çərçivəsində 12 - 13 yanvarda baş tutacaq "Əl-Əhli" - "Əl-Batin" və "Əl-Hilal" - "Əl-İttihad", eləcə də ayın 18-də XVIII tur çərçivəsində keçiriləcək "Əl-İttifaq" - "Əl-Fayzali Harma" oyunlarına baxmalarına icazə veriləcək. Bu oyunların keçiriləcəyi stadionlarda qadınlar üçün xüsusi sektorlar ayrılacaq.
Onların oyunlara buraxılması elektron sistem vasitəsilə həyata keçiriləcək. Habelə, zərif cinsin nümayəndələri üçün xüsusi bilet proqramı işlənilərək, hazırlanıb.
Qeyd edək ki, qadınların futbol matçlarına getmələrinə qoyulan qadağa ötən il oktyabrın 29-da qaldırılıb. Yeni qərar yanvarın 12-dən qüvvəyə minəcək. Səudiyyə Ərəbistanının Ümumi İdman Orqanı hələlik 3 arenada - Ər-Riyaddakı Kral Fəth adına beynəlxalq stadionda, Ciddədəki Kral Abdulla adına stadionda və Əd-Dammamdakı Şahzadə ibn Fəth adına stadionda qadınların futbol matçlarını izləmələrinə icazə verib.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanında bir ilk - Qadın futbol liqası
40 ildən sonra iranlı qadınlar stadionlarda - VİDEO
İranda qadınların stadionda futbol izləmələrinə icazə verildi
Səudiyyə Ərəbistanında ilk dəfə qadınlar arasında marafon keçiriləcək
Stadionda qadın görüb şoka düşdülər! - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası