reklam
Əfsanəvi basketbolçudan “Liverpul”a:
Sportfm.az xəbər saytı

Əfsanəvi basketbolçudan “Liverpul”a: "Çağırsalar, kömək edərəm"


Ötən mövsüm "Klivlend Kavalers”lə NBA çempionluğu yaşayan əfsanəvi basketbolçu Lebron Ceyms "Liverpul”un Amerika toplanışı haqqında sosial şəbəkə hesabından paylaşım edib. Apasport.az saytının məlumatına görə, ulduz oyunçu 6 nömrəli "Liverpul” formasının şəklini yayımlayıb. Fotonun altında baş məşqçi Kloppa və qırmızılara salam olsun yazan "div adam” klub tərəfindən çağırış olarsa kömək etməyə hazır olduğunu bildirib. O, mersisaydlıların məşhur azarkeş marşı olan "Heç vaxt yalnız gəzməyəcəksən” şüarına işarə edərək "birlikdə gəzmək istədiyiniz biri lazımdısa, mən hazıram” yazıb.
 
Qeyd edək ki, Lebron Ceyms 2011-ci ildə "Liverpul”un hissələrinin kiçik bir qismini əldə etmişdi.

Oxşar xəbərlər

Əfsanəvi basketbolçu öz rekordunu yenilədi 40000-ci xalını qazandı
Ulduz basketbolçu NBA tarixinə düşdü
NBA-da yeni rekord
33 yaşlı oyunçu varlıların siyahısına başçılıq edir
Əfsanəvi basketbolçu səfir oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər