reklam
NBA-da yeni rekord
Sportfm.az xəbər saytı

NBA-da yeni rekord


ABŞ-nin "Los-Anceles Leykers" klubunun basketbolçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (NBA) daha bir rekorda imza atıb.

Sportfm.az xəbər verir ki, 39 yaşlı oyunçu bunu "Filadelfiya"ya 94:138 hesabı ilə uduzduqları qarşılaşmada gerçəkləşdirib.

Həmin görüşdə 30 dəqiqə meydanda olan Ceyms əfsanəvi basketbolçu Kərim Abdul-Cabbarın 66300 dəqiqəlik uğurunu geridə qoyub.

Lebron Ceyms NBA-da ümumilikdə 66319 dəqiqə parket üzərində olub.

Təcrübəli oyunçu karyerasının ən böyük məğlubiyyəti ilə üzləşdiyi üçün bu rekordun onun üçün o qədər də vacib olmadığını vurğulayıb.

Qeyd edək ki, Lebron Ceyms daha əvvəl NBA-da 39 min xalı keçən ilk basketbolçu kimi tarixə düşüb.

Oxşar xəbərlər

Əfsanəvi basketbolçu öz rekordunu yenilədi 40000-ci xalını qazandı
Ulduz basketbolçu NBA tarixinə düşdü
Dünya çempionatında oynamayacaq
33 yaşlı oyunçu varlıların siyahısına başçılıq edir
Əfsanəvi basketbolçudan “Liverpul”a: "Çağırsalar, kömək edərəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər