Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Çempionlar Liqası: "Qarabağ" növbəti mərhələdə - VİDEO
Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində növbəti cavab oyunları keçirilib. Sportfm.az saytının məlumatına görə, ölkəmizin bu turnirdə yeganə təmsilçisi "Qarabağ" Lüksemburqda "Düdelanj”ın qonağı olub. İlk görüşdə 2:0 hesablı qələbə qazanan Azərbaycan çempionu səfərdə son anda məğlubiyyətdən qaçıb. 72-ci dəqiqədə hesabda geri düşən Ağdam təmsilçisi matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Reynaldo ilə tarazlığı bərpa edib. Beləliklə, iki oyunun nəticəsinə görə, üstün olan "Qarabağ" adını növbəti mərhələyə yazdırıb.
Qeyd edək ki, Qurban Qurbanovun komandası III təsnifat mərhələsində "Viktoriya” (Plzen, Çexiya) ilə üz-üzə gələcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
20 iyul
"Düdelanj” – "Qarabağ” - 1:1
Qol: N`Diaye, 72 - Reynaldo, 90+4
Baş hakim: Kevin Klansi
Baş hakimin köməkçiləri: Stüart Stevenson, Sin Karr
Dördüncü hakim: Donald Robertson (hamısı Şotlandiya)
Düdelanj. "Yos Nosbaum” stadionu
"Düdelanj": 1. Jonatan Juber (k), 2. Kleyton Moreyra, 5. Tom Şnell, 9. Daniel da Mota, 19. Rodriqe Dikaba, 21. Dominik Ştolts, 25. Kevin Nakaş, 26. Cerri Prempe, 27. Brayan Meliss, 77. David Türpel, 99. Momar N`Diay.
Ehtiyat oyunçular: 33. Co Frizinq, 7. Sanel İbrahimoviç, 8. Mario Pokar, 10. Yassin Ben-Aciba, 11. Dilan Delinyi, 22. Stelviu, 30. Aleksandr Lorente.
Baş məşqçi: Dino Topmöller.
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Oxşar xəbərlər
"Qarabağ"dan möhtəşəm qələbə
“Qarabağ"dan darmadağın
“Qarabağ” Çempionlar Liqasında mübarizəsini dayandırdı - VİDEO
Çempionlar Liqası: "Qarabağ" səfərdə heç-heçə etdi - VİDEO
Çempionlar Liqası: “Qarabağ”dan qələbə - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası