Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rusiyada Azərbaycan yığmasına azarkeşlik etmək istəyirəm...MÜSAHİBƏ
EURO 2016-dan əvvəl Sportfm.az saytnının elan etdiyi müsabiqənin qalibi müəyyən olunub. Finalçıların adları ilə bağlı düzgün variantı göndərən yeganə iştirakçı biri Denis Lipin EURO 2016-nın rəsmi topu "Beau Jeu"nu əldə edərək, yığmaları necə tapması ilə bağlı saytımıza müsahibə verib.
- Denis, yığmaların adlarını artıq iyunun 6-da yazıb bizə göndərmişdin. Avropa çempionatı başlamadan öncə, finalçıların adlarını necə müəyyən edə bildin?
- Mən gözləyirdim ki, finalda Almaniya və İtaliya qarşılaşar, çünki həmin yığmalar buna layiqdirlər. Amma həmin vaxt Sportfm.az saytının feysbuk səhifəsinə baxdım və rəyləri gördüm, orada çox adam həmin çütlüyü yazmışdı. Fikirləşdim ki, başqa variant yazım. Mən birinci olmağı xoşlayıram. Fransa evdə oynadığından düşündüm ki, finala qədər gedə bilər. İkinci finalçını tapmaq çox çətin idi. Təsadüfən Portuqaliya-Fransa yazdım.
- Fransada hansı yığmaya azarkeşlik edirdin?
- Deyə bilmərəm ki, kiməsə azarkeşdik edirdim. Çünki mən ancaq Azərbaycan millisinin azarkeşiyəm. Almaniya yığmasına simpatiya bəsləyirdim.
- Bizim azarkeşlərə nə arzulamaq istəyirdin?
- Azarkeşlərə demək istiyərdim ki, stadionlara getsinlər, sevimli klublarına, milli komandamıza dəstək olsunlar. Çünki futbolçular azarkeşlər üçün oynayırlar. İnşallah yığmamız Avropa və dünya çempionatlarına vəsiqə qazanar. 2018-ci ildə Rusiyada futbol üzrə Dünya çempionatı keçiriləcək istəyərdim ki, bizim millimiz həmin mötəbər turnirə qatılsın. Biz azarkeşlər orada Azərbaycan yığmasına dəstək olaq. Bu mənim ən böyük arzumdur.

Oxşar xəbərlər
Qətər dünya çempionatı ilə bağlı Azərbaycana müraciət edib
FİFA-dan Rusiyaya dünya çempionatı qadağası
"Qarabağ"a azarkeşlik edən Ronaldo sevdalısı...MÜSAHİBƏ
Azərbaycana qayıdacağıma ümid edirəm...MÜSAHİBƏ
KATV-dən möhtəşəm EURO 2016 kampaniyası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası