reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"a azarkeşlik edən Ronaldo sevdalısı...MÜSAHİBƏ


AVRO 2016-dan əvvəl KATV 1 şirkətinin elan etdiyi müsabiqənin qalibləri müəyyən olunub. Finalçıların adları ilə bağlı düzgün variantı göndərən iştirakçılardan biri gənc Mehdi Süleymanov AVRO 2016-nın rəsmi topu Beau Jeu-nu əldə edərək, yığmaları necə tapması ilə bağlı saytımıza müsahibə verib.  

- Bildiyin kimi, Fransada keçirilən turnirdə ilk dəfə olaraq 24 komanda iştirak edirdi. Avropa çempionatı başlamadan öncə, finalçıların adların necə müəyyən edə bildin?  
- Fransa evdə oynadığından düşündüm ki, finala qədər irəliləyə bilər. Portuqaliya yığmasını ilə açığını deyim ki, Kristiano Ronaldoya görə seçdim. Fikirləşdim ki, o bu turnirdə öz sözünü deməlidir.  
- Ronaldo final görüşünün əvvəlində zədə alaraq meydançanı tərk etdi. Həmin an nə düşündün?
- Portuqaliyalıların Ronaldosuz qalib gəlməsi mənim üçün sürpriz oldu. Çünki, matçda oyunboyu üstün olan tərəf məhz fransızlar idi. Portuqaliyanın qalib gəlməsi məni çox sevindirdi, Ronaldonun yığma səviyyəsində titul qazanmasını çox istəyirdim.  
- Azərbaycan klublarından kimə azarkeşlik edirsən?  
- Klublarımızdan "Qarabağ"a azarkeşlik edirəm. Çempionlar liqasının matçını səbirsizliklə gözləyirəm. Təəssüflər olsun ki, yığmamız bizi Qurban Qurbanovun komandası kimi sevindirmir.  
Qeyd edək ki, Mehdi Süleymanov futbolla fəal məşğul olub. Özünün verdiyi məlumata görə, uşaq yaşlarından Əziz Abdaşovdan(yığmamızın sabiq üzvü Renat Abdaşovun atası) futbolun sirlərini öyrənməyə başlayıb. Uzun illər "rezinoviy pole" kimi tanınan 8-ci kilometrdə yerləşən rezin örtüklü stadionda məşq edib. 

Oxşar xəbərlər

Rusiyada Azərbaycan yığmasına azarkeşlik etmək istəyirəm...MÜSAHİBƏ
İslandiyalı futbolçudan sərt cavab
Azərbaycana qayıdacağıma ümid edirəm...MÜSAHİBƏ
“Ronaldo EURO 2016-da 10 qol vuracaq”
KATV-dən möhtəşəm EURO 2016 kampaniyası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər