reklam
Rəşad azarkeşləri təhqir etdiyinə görə cərimə ödəyəcək -
Sportfm.az xəbər saytı

Rəşad azarkeşləri təhqir etdiyinə görə cərimə ödəyəcək -FOTO


Sportfm.az xəbər verir ki, İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:

17 fevral 2018-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının XVI turunun  “Sumqayıt” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub  (maddə 40). 
Oyunun 60-cı dəqiqəsində "Neftçi" klubunun 6 №-li futbolçusu Rəşad Sadiqov azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 1600 manat cərimə olunub (maddə 42.1). 
“Sumqayıt” klubunun baş məşqçisi Samir Abbasovun texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır,  klub 800 manat cərimə olunub (maddə 62).
 

Oxşar xəbərlər

İntizam Komitəsinin qərarları - AFFA
"Qəbələ" azarkeşə görə cərimələndi
Azarkeşləri "Qarabağ"ı ziyana saldı
Təhqiredici pankartlar "Qəbələ"ni ziyana saldı
Samir Abasov cəzalandırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər