reklam
Sportfm.az xəbər saytı

"Səbail"in son transferi sabah Bakıya gəlir


“Səbail”in qış transfer dönəmində heyətinə qatdığı son futbolçu Faruk Miya sabah ölkəmizə gələcək.

Sportfm.az xəbər verir ki, bu barədə paytaxt klubunun baş məşqçisi Samir Əliyev məlumat verib.

O bildirib ki, Belçikanın “Standard” klubundan icarəyə götürülən 23 yaşlı yarımmüdafiəçi artıq sabahdan kollektivə qoşulacaq. Əliyev Uqanda millisinin üzvünün Azərbaycan Premyer Liqasında nə zaman debüt edəcəyinə onun hazırlıq durumuna əsasən qərar veriləcəyini söyləyib. Mövsümün sonuna qədər icarəyə götürülən futbolçu tam hazır görünsə və sənədləri qaydasında olsa, Premyer Liqanın XVI turu çərçivəsində fevralın 18-də “Qarabağ”la qarşılaşmada debüt edə bilər.

Qeyd edək ki, “Səbail” Faruk Miyadan əvvəl Rahil Məmmədov, Aqşin Qurbanlı, Fəhmin Muradbəyli, Kərim Diniyev, Yevgeni Koçuk, Nikoloz Apakidze, Vahit Orazsaxedov və Ruslan Əmircanovla heyətini gücləndirib.

Oxşar xəbərlər

Qaraxanov da Avtandil Hacıyevə lazım olmadı
Niyə Miya "Səbail"i tərk etdi?
Tərəflər meydanı heç-heçə ilə tərk etdi - VİDEO
“Qəbələ” – “Səbail” matçında bərabərlik
"Kəpəz" axır ki, qələbə qazandı - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər