Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Neftçi”nin zədəli futbolçuları heyətə döndü
“Neftçi”nin zədəli futbolçularının son durumu bəlli olub.
Sportfm.az xəbər verir ki, Elnur Cəfərov fitnes zalında məşqlərə başlayıb.
21 yaşadək futbolçulardan ibarət millinin düşərgəsində zədələnən hücumameylli yarımmüdafiəçinin sıraya dönməsi özünü çox gözlətməyəcək. Elnur təxminən 2 həftəyə komanda ilə məşqlərə başlayacaq.
“Neftçi”nin digər futbolçusu Ömər Buludov isə artıq tam olaraq sıraya dönüb. U-21 yığmamızın heyətində burnu qırılan müdafiəçi dünəndən “Neftçi”nin əsas komandası ilə hazırlığa start verib.
Qeyd edək ki, “Neftçi” ölkə çempionatının XVI turunda “Sumqayıt”ın qonağı olacaq.
Oxşar xəbərlər
Eddi İsrafilov məşqlərə başladı
“Neftçi”nin zədəlilərinin son durumu
“Kəpəz”in zədəliləri sıraya döndü
“Səbail”də Rauf Əliyev sevinci - Məşqlərə başladı
"Neftçi"nin siqaret çəkən futbolçusu ilə bağlı: "Məşqlərə buraxılmayacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası