Kristian Karambö Azərbaycandan yığmasından danışdı
Dünya Kubokunu Bakıya gətirən Kristian Karambö Hilton otelində keçirilən mətbuat konfransında iştirak edib.
Sportfm.az xəbər verir ki, Fransa yığmasının sabiq üzvü Bakıya bir daha səfər etməkdən məmnunluq duyduğunu ifadə edib: "Bakı müasir şəhərdir. Azərbaycan yığması son illər inkişaf edir. İnanıram ki, gələcəkdə futbolçularınız böyük uğurlara imza atacaq. Mən Dünya Kubokunu Azərbaycana gətirdiyim üçün çox sevinirəm".
Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədovda danışıb: "Bu kubok ilk dəfədir Bakıya gəlir. Dünya Kubokunu ancaq üç cür görmək mümkündür. Ya gərək, yığma komanda bu trofeyi qazansın, ya da ki, ölkə Dünya Çempionatına ev sahibliyi etsin. Sonuncu isə bu kuboku dünya turu nəticəsində görmək olar".
Qeyd edək ki, Dünya Kuboku bu gün Gənclik Mall ticarət mərkəzində nümayiş etdiriləcək.
Oxşar xəbərlər
"Ümid edirəm ki, Bakıdakı finalda..." - "Qalatasaray"ın sabiq futbolçusu
Dünya Kuboku ölkə prezidenti İlham Əliyevə təqdim edildi - FOTO
Futbol üzrə dünya çempionatının kuboku Bakıya gətirildi
Kristian Karambö Dünya Kubokunu Bakıya gətirir - FOTO
Dünya çempionatının kuboku Bakıya gətiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün















Misli Premyer Liqası