reklam
Etinasızlıqdan qazanılan Avropa ikinciliyi...MÖVQE
Sportfm.az xəbər saytı

Etinasızlıqdan qazanılan Avropa ikinciliyi...MÖVQE


Son zamanlar müxtəlif idman növləri üzrə yığmalarımıza cəlb olunan idmançıların sayının artması ilə bağlı cəmiyyətdə narazılıq yaranıb. İstər idman mediası, istərsə sosial şəbəkələr vasitəsilə insanlar belə vəziyyətin yaranmasına qarşı olduqlarını açıq-aşkar nümayiş etdirirlər. Bəs, legionerlər ölkəmizə niyə gətirilir? Həqiqətənmi Azərbaycan gənclərində potensial yoxdur, onlar idmanda uğur qazana bilmir? Əlbəttə, bu belə deyil. Təəssüflər olsun ki, idman sahəsində çalışan bir çox məmurun işini bilməməsi, öz gənclərimizə qarşı etinasız və qərəzli münasibəti, yerli idmançıların karyerasını bitirməsinə, idmanı atmasına, bəzən isə başqa ölkələrə üz tutmasına səbəb olur. Sonunculardan biri dünyaca məşhur atlet Ramil Quliyevdir. London olimpiadasından öncə Azərbaycan yığmasından imtina edərək, Türkiyə millisinin şərəfini qorumaq üçün qonşu ölkəyə yollanıb. Quliyev 2011-ci ilin aprelində Türkiyə vətəndaşlığını qəbul edib. O, Azərbaycanda ona lazımi diqqətin göstərilməməməsini, məşq etmək üçün normal şəraitin yaradılmamasını səbəb gətirərək, bu addımı atıb. Son yarışda idmançı Niderlandın paytaxtı Amsterdamda keçirilən Avropa çempionatında gümüş medal qazanıb. 26 yaşlı sprinter 200 metr məsafəyə qaçışda bu nailiyyəti əldə edib. O, finalda finişə 20,51 saniyəyə üçüncü çatıb. Lakin finişə birinci çatan hollandiyalı Çurandi Martina başqa qaçış zolağında mübarizəni davam etdirdiyi üçün diskvalifikasiya olunub. Nəticədə qızıl medal ispaniyalı Bruno Hortelanoya, gümüş medal isə Quliyevə nəsib olub. Qeyd edək ki, Ramil Quliyev əvvəllər gənclər arasında Avropa çempionu olub. Bu, onun böyüklər arasında ilk böyük uğurudur.  Təəssüflə qeyd edək ki, Ramil Quliyev xaricin yolunu tutan yeganə perspektivli idmançımız deyil. (Mövzü ilə bağlı araşdırma davam edəcək)

Oxşar xəbərlər

Quliyev Polşada bürünc medal qazandı
Ramil Quliyev Avropa çempionu oldu
Türkiyə klubu azərbaycanlı idmançının xərcini açıqladı
Ramil Quliyev: “Əziz Yıldırım məndən medal gözləyir”
Ramil Quliyev Türkiyə rekordunu yenilədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər