Azərbaycan millisi dünya çempionatının hazırlığına Antalyada start verəcək
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının hazırlıq prosesinə aprelin ikinci yarısında başlayacaq.
Sportfm.az xəbər verir ki, yığma təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə üz tutacaq. Aralıq dənizinin sahilində məskunlaşacaq millinin qalacağı məkanı da artıq məlumdur. Bu, Boğazaq bələdiyyəsində yerləşən "Alva Donna Exclusive Hotel & Spa"dır.
Qış fasiləsində "Neftçi" futbol komandası öz təlim-məşq toplanışı üçün də məhz bu oteli seçmişdi.
Qeyd edək ki, dünya çempionatı 29 sentyabr - 20 oktyabrda Yaponiyada keçiriləcək. Azərbaycan millisi ABŞ, Rusiya, Cənubi Koreya, Tailand, eləcə də Trinidad və Tobaqo yığmaları ilə birgə C qrupunda yer alıb.
Oxşar xəbərlər
Millimiz Antalyada təlim-məşq toplanışı keçəcək
Dünya çempionatı: millimiz ilk qələbəsini qazandı
Voleybol üzrə Azərbaycan millisi dünya çempionatına məğlubiyyətlə başladı - FOTO
Yaponiyada İtaliyaya uduzduq
Millimiz ABŞ və Rusiya yığmaları ilə bir qrupda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası