reklam
Millimiz bunu da
Sportfm.az xəbər saytı

Millimiz bunu da "bacardı" - antirekordun bir addımlığında


Futzal üzrə Azərbaycan milli komandası AVRO-2018-lə böyükhesablı məğlubiyyətlə vidalaşıb.

Sportfm.az xəbər verir ki, Joze Alesionun baş məşqçisi olduğu komanda Sloveniyadakı yarışın 1/4 finalında Portuqaliyaya 1:8 hesabı ilə uduzub.

Bu, yığmamızın dünya və Avropa çempionatlarında 7-ci böyükhesablı məğlubiyyətidi. Belə ki, millimiz 1995-ci ildə debüt etdiyi beynəlxalq arenada indiyədək yalnız 6 darmadağın görmüşdü.

Aldığımız 7 ağır məğlubiyyətdən 2-si final, 5-i seçmə mərhələlərə təsadüf edib. Komandamız indiyədək yalnız 1 dəfə AÇ-nin həlledici raundunda 5 və ya daha çox top fərqinə üzülmüşdü. Bu da 4 il öncəyə təsadüf etmişdi.

Həmin vaxt İtaliyaya 0:7 hesabı ilə uduzmuşduq. Komandamız 4 ildən sonra final mərhələlərindəki antirekordunu təkrarlayıb.

Ümumiyyətlə isə seçmə və final mərhələlərindəki antirekordumuz 23 il öncə yaşanıb. Həmin vaxt DÇ üçün də təsnifat xarakteri daşıyan AÇ-nin seçmə mərhələsində yığmamız 8 top fərqilə uduzmuşdu. Hollandiyada keçirilən görüşdə çexiyalılar 10:2 hesablı qələbə qazanmışdı.

Həmin antirekordun 1 addımlığında dayanan Alesionun yetirmələri həm də AÇ-lərin final mərhələlərinin tarixinə düşməkdən qurtulub. Məsələ ondadı ki, İspaniyanın AÇ-2010-da Belarusu 9:1 hesabı ilə udması həlledici raundların ən böyük nəticəsidi. Yığmamız 1 qol da buraxsaydı, Belarusa şərik çıxacaqdı.

Lakin komandamız turnirin tarixinə başqa antirekordla düşməyə imkan tapıb. Millimiz final mərhələsində 1-ci hissədə 5 qol buraxan ilk komandadı. Portuqaliyanın rekord vurması yığmamızla görüşə təsadüf edib.

AÇ-1996 (seçmə mərhələ - Hollandiya)
28.10.1995. Çexiya - 2:10
AÇ-2003  (seçmə mərhələ - Portuqaliya)
06.11.2002. Portuqaliya - 0:5
DÇ-2004 (seçmə mərhələ - Kipr)
05.11.2003. Polşa - 1:6
AÇ-2005 (seçmə mərhələ - Serbiya)
27.01.2005. Rusiya - 0:5
AÇ-2012 (seçmə mərhələ - Azərbaycan)
27.02.2011. İspaniya - 3:8
AÇ-2014 (final mərhələsi - Belçika)
02.02.2014. İtaliya - 0:7
AÇ-2018 (final mərhələsi - Sloveniya)
06.02.2018. Portuqaliya - 1:8

apasport.az

Oxşar xəbərlər

Final mərhələsi iki ölkədə keçiriləcək - AÇ-2026
Əsasən braziliyalılardan təşkil edilən yığmamız yeni sınaq ərəfəsində
Futzal klublarımızın Avropa macərası - STATİSTİKA
Yığmamız yubiley matçına çıxır
UEFA: Azərbaycan millisini izləmək çox maraqlıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər