Əvəzedicilərin çempionatı ləğv edildi -"Bu futbolumuzun daha da gəncləşməsinə xidmət edəcək" - ÖZƏL
Gürcüstanda əvəzedicilərin birinciliyi ləğv edilib.
Sportfm.az saytına Gürcüstan Futbol Federasiyasından verilən məlumata görə, qərar 2018-ci ilin fevral ayından qüvvəyə minib. Belə ki, qonşu ölkənin Erovnuli(Gürcüstanın güclülər dəstəsi) və digər liqalarında çıxış edən klubların əvəzedici komandaları ləğv edilib. Klublarda əvəzedicilərlə yanaşı, digər yaş qrupları da fəaliyyət göstərməyəcək. Komandalar yalnız 15, 17 və 19 yaşlılardan ibarət kollektivləri saxlamalıdı.
GFF-nin vitse-prezidenti Kaxa Çumburidze saytımıza qərarın əsas məqsədini açıqlayıb:"Uzun müddətdir bu məsələ müzakirə edilirdi. Bundan sonra aşağı yaş qrupları(8,10,12,14) və əvəzedicilərdən ibarət komandalar olmayacaq. Gənclər 19 yaşlılardan ibarət komandadan birbaşa əsas heyətə yüksəlmək üçün çalışmalıdı. Bu futbolumuzun daha da gəncləşməsinə xidmət edəcək. Həm də klublar əlavə xərclərdən azad olacaq. Digər tərəfdən, bu qərarla özəl futbol məktəblərinə geniş imkanlar yaradılıb".
Qeyd edək ki, Gürcüstanda güclülər dəstəsi ilə yanaşı, 4 liqa var.
Oxşar xəbərlər
Superkubokda əlavə vaxt ləğv edildi - Qərar
Əvəzedicilər Divizionda oynamayacaq - Çempionat bərpa olunur
Fariz Nəcəfov: "Haqlı olduğumuz ortadadı"
Təsdiq olundu: Əvəzedicilərin çempionatı keçiriləcək
“Kəpəz”də yeni təyinatlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlin son 3 turunun oyun cədvəli - Premyer Liqa
-
“Mingəçevir” Elman Sultanovla yollarını ayırdı
-
Harri Keyn yeni rekord imza atdı
-
“Mançester Yunayted” yeni baş məşqçisini açıqladı - RƏSMİ
-
Azərbaycan yığmasının Omanla oyunlarının yeri açıqlandı
-
Azərbaycan millisini 7 idmançı təmsil edəcək - Avropa çempionatı














Misli Premyer Liqası