Yuri Syomin azərbaycanlı məşqçi ilə görüşdü -FOTO
"Vətən" RİOEUG futbol məktəbinin məşqçi-müəllimi, U-11 komandasının baş məşqçisi Samir Əbdürrəhmanov Rusiyanın "Lokomotiv" klubunda təcrübə keçib.
Sportfm.az xəbər verir ki, bir həftə ərzində məşqçiyə klubun akademiyasının fəaliyətini yaxından izləmək imkanı yaradılıb. Aşağı yaş qrupları üzrə komandalarının məşqləri və uşaq futbolu ilə bağlı geniş fikir mübadiləsi aparmaqla yanaşı, Əbdürrəhmanov "Lokomotiv"in baş məşqçisi Yuri Syomin, köməkçi məşqçi Dmitri Loskov, klubun akademiyasının direktoru Aleksey Şiqolev və veteran məşqçi Boris İqnatyevlə görüşlər zamanı təcrübəli məşqçilərlə səmərəli söhbətlər aparıb, onların verdiyi məsləhətlərini dinləyib.
"Lokomotiv"in prezidentinin gənclər siyasəti üzrə köməkçisi Renat Ataullinlə də görüşən məşqçi “Vətən" futbol məktəbi barədə ona geniş məlumat verib. Söhbət zamanı klub rəsmisi gələcəkdə "Lokomotiv"lə "Vətən" arasında geniş əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib.
"Vətən" futbol məktəbi gələcəkdə də məşqçilərin təcrübə toplaması məqsədi ilə onların ölkə xaricində tanınmış futbol klublarına göndərilməsini davam etdirəcək.
Oxşar xəbərlər
"Sabah"la "Dinamo" arasında imzalanan müqavilənin şərtləri açıqlandı
Baş məşqçi kitab yazdı - FOTO
Rusiya klubundan azərbaycanlı məşqçiyə təklif var - ÖZƏL
"Vətən" Türkiyədə vətənimizi təmsil edəcək - FOTO - VİDEO
"Vətən"in məşqçisi Rusiya "Lokomotiv"ində - FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası