reklam
Anar Mədətov:
Sportfm.az xəbər saytı

Anar Mədətov:""Əmrəli" soyadını daşıyanın oğlu elə fəraridir"


Prodüser Anar Mədətov oğlu - "Qarabağ"ın futbolçusu Mahir Mədətovun şəxsiyyət vəsiqəsində soyadını və onun adını dəyişməsinə münasibət bildirib.

Sportfm.az xəbər verir ki, A.Mədətov qafqazinfo-ya açıqlamasında bildirib ki, sənədləri dəyişmək mümkün olsa da, geni dəyişmək olmur:

"Bu barədə onun özü ilə əlaqə saxlayın. Adam əsgərlikdə ola-ola necə soyadını dəyişə bilər? Siz bir bununla maraqlanın. O, "Əmrəli" soyadını daşıyanın oğlu elə fəraridir. Bütün sənədləri dəyişmək olar, ancaq qanı, geni dəyişmək olmaz. Nə deyə bilərəm? Mən indi özüm uzaqdayam. Sadəcə, təəssüflənirəm". 

Qeyd edək ki, milli komandanın futbolçusu Mahir Mədətov yeni şəxsiyyət vəsiqəsi alıb. Futbolçu Mədətov soyadı ilə yanaşı, atası Anarın da adından imtina edib. Onun soyadı "Emreli", ata adı isə "Mahir" olaraq qeyd olunub. Mahirin bu addımına səbəb son günlər ailəsində yaşanan problemlərlə bağlıdır. Belə ki, futbolçunun atası, prodüser Anar Mədətov anasından boşanmamış, başqa xanımla ailə həyatı qurmağa hazırlaşır.

 

Oxşar xəbərlər

Atası Mahir Əmrəlini belə təbrik etdi - VİDEO
Mahir Əmrəli: "Burada olan hər kəs üçün bu, sirr deyil" - VİDEO
"Rəşad Sadıqov onu belə hərəkət etməyə qoymazdı" - VİDEO
Mahir Mədətov ictimaiyyəti aldadıbmı? - Vəkildən açıqlama
Mahir Mədətovun ailəsi dağıldı! - Valideynləri boşanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər