Futbolçular hərbi toplanışla cəzalandırıldı -FOTO
İsveçrə "Syon"unun rəhbərliyi mövsümün ilk yarısının sonuncu pillədə başa vuran komandanın futbolçularını cəzalandırıb.
Sportfm.az saytı report-a istinadən xəbər verir ki, klub prezidenti Kristian Konstantinin əmri ilə bütün heyət Fransanın cənubunda keçirdikləri hazırlıq prosesi zamanı hərbi rejimli toplanışa cəlb olunub.
Futbolçular baş məşqçi Qabi Qarsiyanın rəhbərliyi altında məşqlərə hər səhər saat 5:30-da bellərində çanta ilə qaçaraq start verirlər. Məşqlərə bir nəfər geciksə, bütün komanda cəzalanır. Onlar konserv yeyərək, dolanırlar. Bəzi oyunçular əvvəlcə bu qaydalardan qorxsalar da, get-gedə alışmağa başlayıblar. Baş məşqçi də eyni şərtlər altında çalışır.
Qeyd edək ki, İsveçrə Super Liqasında 19 turdan sonra "Syon" 17 xalla 10 komanda arasında sonuncu pillədə yer alıb. Komandanın heyətində müqavilə üzrə Türkiyə "Fənərbağça"sına məxsus Salih Uçan da yer alıb. 24 yaşlı yarımmüdafiəçi yanvarın 6-da doğum gününü məhz hərbi rejimdə keçirib.

Oxşar xəbərlər
"Qəbələ" də məşqlərə başladı
Türkiyə və Azərbaycan millisi bir araya gələcək - Təlim-məşq toplanışı
"Keşlə"yə 3 yeni futbolçu cəlb edildi - FOTO
İspaniya klubunun futbolçusu insult keçirdi
Türkiyədəki hərbi çevrilişə cəhhdə futbol izi...FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası