reklam
Prosineçki bu millini çalışdıracaq
Sportfm.az xəbər saytı

Prosineçki bu millini çalışdıracaq


Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina yığmasına rəhbərlik edəcək.

Sportfm.az xəbər verir ki, bununla bağlı qərar Bosniya və Herseqovina Futbol İttifaqının İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul olunub. 48 yaşlı mütəxəssislə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin sonunadək müqavilə bağlanılıb. Prosineçki Azərbaycan yığmasındakı köməkçiləri Qordan Tsipriç və Draqan Spasiç, eləcə də qapıçılar üzrə məşqçi Kenan Hasagiç və seleksiyaçı-məşqçi Elvir Rahimiçlə birgə çalışacaq. Yeni baş məşqçinin qarşısına AVRO-2020-yə vəsiqə məqsədi qoyulub.  

Qeyd edək ki, Bosniya və Herseqovina yığmasının sabiq baş məşqçisi Mehmed Bajdareviç komandaya DÇ-2018-ə vəsiqə qazandıra bilmədiyi üçün istefaya göndərilib. Robert Prosineçkinin isə ötən ay Azərbaycan millisi ilə başa çatan 3 illik müqaviləsinin müddəti uzadılmayıb(report.az). 

Oxşar xəbərlər

Robert Prosineçki Bosniya və Herseqovina millisindən getdi! - hara gedəcək?
Prosineçkinin istefası qəbul olunmadı
Robert Prosineçki xəstəxanaya düşdü - FOTO
Prosineçkinin Bosniya və Herseqovina millisindəki qazancı müəyyənləşdi
Millimizin baş məşqçisi Bosniya və Herseqovina yığmasına rəhbərlik edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər