Hakimi döyən Aqşin Ömərova ağır cəza verildi
AFFA İntizam Komitəsi tanınmış futbolçu, hazırda "Baku Fans" futzal komandasının formasını geyinən Aqşin Ömərovu cəzalandırıb.
Sportfm.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Ömərov ötən il dekabrın 27-də futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsində ADBTİA ilə matçın 20-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif Nurullayevə qarşı fiziki təzyiq göstərərək, onu yumruqla vurub. Nəticədə hakim ciddi xəsarət alıb. Bu səbəbdən, futzalçı 2 il müddətinə futboldan kənarlaşdırıb.
Matç sonadək oynanılmadığına görə "Baku Fans"a 0:5 hesablı texniki məğlubiyyət verilib.
Qeyd edək ki, Aqşin Ömərov futbolçu karyerası ərzində "Xəzər Universiteti" (sonradan "İnter", hazırkı "Keşlə"), "Simurq" və "Muğan" kimi komandalarda çıxış edib.
Oxşar xəbərlər
10 oyunluq cəza qüvvədə saxlanıldı
AFFA hakimi təhqir edən oyunçunu 10 oyunluq cəzalandırdı
Döyülən hakim icazə, vuran futbolçu vaxt istədi
Hakimi vuran Aqşin Ömərov: Çox peşmanam
Aqşin Ömərov hakimi döydü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı














Misli Premyer Liqası