reklam
Cüdo üzrə Azərbaycan çempionatına yekun vuruldu
Sportfm.az xəbər saytı

Cüdo üzrə Azərbaycan çempionatına yekun vuruldu


Bakı İdman Sarayında kişilər, qadınar və usta cüdoçular arasında təşkil olunan Azərbaycan çempionatına yekun vurulub. 

Sportfm.az xəbər verir ki, üç gün davam edən Respublika çempionatında bütün qaliblər müəyyənləşib.

Yarışın sonuncu günündə kişilər arasında 100 kq və 100 kq-dan yuxarı çəki dərəcələrində ölkə çempionlarının adlarına aydınlıq gəlib. Adil Kərimli və Şahin Qəhrəmanov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Usta cüdoçuların mübarizəsində bütün yaş qrupları və çəki dərəcələrində qaliblər bilinib.

Komanda yarışlarında isə “Neftçi” birinci, "Atilla" ikinci, Uşaq Gənclər İdman Məktəbi isə üçüncü olub. Qaliblərə mükafatı Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov təqdim edib. S.Sadıqov ACF-nin dəvəti ilə respublika çempionatının daha şəffaf keçirilməsində yaxından iştirak etmiş Avropa Cüdo İttifaqının Hakimlər Komitəsinin rəhbər üzvlərini də mükafatlandırıb.

Oxşar xəbərlər

Cüdo üzrə Azərbaycan kubokuna yekun vuruldu -
Azərbaycan çempionatının açılış mərasimi keçirildi
Qılıncoynatma üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu
Qurban Qurbanov bürünc medal qazandı - Cüdo üzrə Azərbaycan çempionatının nəticələri
Cüdo üzrə ölkə çempionatının ilk günündə 9 çəki dərəcəsinin qalibi müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər