reklam
Hacı Əliyev: Gücü qalmamışdısa, döşəyə çıxmazdı
Sportfm.az xəbər saytı

Hacı Əliyev: Gücü qalmamışdısa, döşəyə çıxmazdı


Yaxınlarda sərbəst güləş üzrə rusiyalı idmançı Hacımurad Rəşidov ölkəsinin mətbuatına verdiyi müsahibə ilə diqqətləri öz üzərinə çəkmişdi. 

Sportfm.az xəbər verir ki, Dağıstandan olan idmançı müsahibəsində karyerasında güləşdiyi ən çətin rəqiblərin adlarını açıqlasa da, bu ilin avqustunda Fransanın paytaxtı Parisdə keçirilmiş dünya çempionatının finalında uduzduğu Hacı Əliyevin adını çəkməyib.  Halbuki 3 qat dünya çempionu olmuş Hacı Əliyev onu çox asanlıqla məğlub edib. 61 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 7:1 öndə olduğu görüşdə tuşe fəndi (rəqibin kürəyini döşəyə sıxma) ilə qalib gəlib.  Məsələyə bu il “2017-ci ilin idmançısı” seçilmiş Hacının özündən münasibət öyrənməyə çalışdıq. O, Hacımurad Rəşidovun cavabını belə verdi:“Həmin müsahibədən xəbərim var, oxumuşam. O deyir ki, finalda güləşməyə gücüm qalmamışdı deyə, mənə uduzub. Gücü qalmamışdısa, döşəyə çıxmazdı. Ümumiyyətlə, o, mənim finallarda qarşılaşdığım ən zəif rəqiblərdən biri idi. Heç inanmıram ki, növbəti dünya çempionatında o, finala çıxsın”.(oxu.az)

Oxşar xəbərlər

4 güləşçimiz yarımfinalda - Təsnifat turniri
"Hacı Əliyev məni bilərəkdən zədələmədi" - Rusiyalı güləşçi
Hacı Əliyev 1/4 finala yüksəldi - Dünya çempionundan intiqamını aldı
Hacı Əliyevin növbəti uğursuzluğu
Üçqat dünya çempionu olan güləşçimiz: "Hədəf Olimpiya çempionluğudur" - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər