Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Gürcü, gürcülər və Teo Uiks
"Qəbələ”nin liberiyalı futbolçusu Teo Uiks klubunun tarixinə düşüb. Sportfm.az xəbər verir ki, yarımmüdafiəçi "qırmızı-qaralar”ın ilk liberiyalı oyunçusu, həm də avrokuboklardakı ilk het-trikinin müəllifi olub.
Belə ki, I təsnifat mərhələsinin 52 qarşılaşmasında yalnız Teo 3 qol vurmağı bacarıb. Çempionlar Liqasının 4, Avropa Liqasının 48 qarşılaşmasında belə məhsuldarlıq göstərən ikinci futbolçu olmayıb.
Gürcüstanın "Samtredia” klubunun qapısından 3 qol keçirməklə 5:1 hesablı qələbədə pay sahibi olan Uiks həm də Avropa Liqasının bombardirləri siyahısına başçılıq edir.
Azərbaycan futbol tarixində isə 3-cü dəfə avrokuboklarda het-trik qeydə alınıb. Əvvəlki iki belə hadisə də legionerlərin hesabında olub.
Badri Kvaratsxeliya "Şəmkir”, Ernest Nfor "Neftçi” azarkeşlərini sevindirib. Maraqlıdı ki, bütün het-triklər gürcüstanlılarla bağlıdı. Bu ölkədən olan milliləşən legionerimiz Badri "Skonto”nu məyus edibsə, digər iki het-triklər Gürcüstan klubları ilə matçlarda qeydə alınıb. İki afrikalıdan birincisi – kamerunlu Nfor "Çixura”, liberiyalı Uiks "Samtredia” ilə görüşdə coşub.
2000/01 19 iyul. "Şəmkir” (Azərbaycan) - "Skonto” (Latviya) - 4:1, əlavə vaxtda Badri Kvaratsxeliya (3)
2014/15 7 avqust. Çixura (Gürcüstan) – Neftçi (Azərbaycan) - 2:3 Ernest Nfor (3)
2016/17 30 iyun. Qəbələ - Samtredia (Gürcüstan) – 5:1 Teo Uiks (3)
Oxşar xəbərlər
“Qəbələ”də 5 het-trik, 1 poker, 1 penta-trik
"Qəbələ"nin məğlub etdiyi klub çempion oldu
Teo Uiks: "Qəbələ"dən ayrıla bilərəm"
Uiks zirvəyə şərik çıxdı
Avrop Liqası: “Qəbələ”-"Samtredia" 5:1 - YENİLƏNİB-VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası