AMADA və AAAF birgə anti-dopinq seminarı təşkil ediblər
Dekabrın 22-də ağır atletika üzrə Azərbaycan milli komandalarının mərkəzi məşq bazası olan “AAAF Park” yaşayış kompleksinin konfrans zalında Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) və Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə anti-dopinq seminarı keçirilib.
AAAF-dan Sportfm.az saytına bildirilib ki, tədbirdə “Zirvə Liseyi”nin ağır atletləri və təlim-məşq toplanışında olan yığma komandalarımızın idmançı və məşqçi heyəti iştirak edib. Seminarı AMADA-nın təhsil və təlim üzrə meneceri Lalə Hacıyeva və mütəxəssis-həkim Fərid Əliyev aparıb.
İştirakçılara qadağan olunmuş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, yenilənən siyahı və onun tərtib olunma meyarları, yarış vaxtı və ondan kənarda test götürülmə qaydaları, idmançıların məkan məlumatları, ADAMS sistemi, terapevtik istifadə üçün istisnalar və digər vacib məqamlar barədə ətraflı məlumat verilib. Proyektor vasitəsilə deyilənlər əyani şəkildə göstərilib. Seminar interaktiv halda aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda idmançılar anonim dopinq sorğusunda iştirak edib, onlara maarifləndirici buklet və kitabçalar paylanıb.
AAAF-ın son zamanlar dopinqlə mübarizəyə sərf etdiyi əmək, görülən işlər, əldə olunan nəticələr təqdir edilib. Qeyd olunub ki, qadağan olunmuş maddələrdən istifadə edərək nəticə qazanmaq istəyi ciddi bəladır və onun qarşısını almaq böyük vaxt və çalışma tələb edir. Federasiya bu istiqamətdə xüsusilə də gənc nəslin maarifləndirilməsinə böyük önəm verir, idmançıların onları gözlədiyi təhlükəni bilmələri, dərk etmələri üçün əlindən gələni edir.
Tədbirdə bu istiqamətdə AMADA-nın fəaliyyətinin də təqdirəlayiq olduğu xüsusi vurğulanıb. Diqqətə çatdırılıb ki, bu qurumun əsas funksiyaları anti-dopinq proqramının idarəedilməsi və təşviqi, yarışma müddəti və yarışmadan kənar müddətdə testlərin keçirilməsi, nəticələrin təhlili, idmançıların maarifləndirilməsi, dopinqin aşkarlanması, qarşısının alınması və profilaktikası, cəmiyyət və idman ictimaiyyəti arasında idmanda dopinq istifadəsinin qarşısının alınması məqsədilə məlumatlandırma işinin aparılmasıdır.
AAAF bu qəbildən seminarların vacibliyi nəzərə alaraq onun mütəmadi qaydada təşkilini təmin edəcək.
Oxşar xəbərlər
"Turan"ın gəncləri antidopinqi öyrəndilər
Paralimpiya yığmamıza anti-dopinq təlimi keçirildi - FOTO
Ağır Atletika Federasiyasında 2018-ci ilin hesabat iclası keçirildi
Antidopinq mövzusunda maarifləndirici seminar keçirildi
Yenə dopinq, yenə Bakı, yenə toplantı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası














Misli Premyer Liqası