reklam
Ağır Atletika Federasiyasında 2018-ci ilin hesabat iclası keçirildi
Sportfm.az xəbər saytı

Ağır Atletika Federasiyasında 2018-ci ilin hesabat iclası keçirildi


Azərbaycan Ağır Atletika Federasiyasında (AAAF) 2018-ci ilin hesabat iclası keçirilib.

Sportfm.az xəbər verir ki, vitse-prezidentlər - İsmayıl İsmayılov və Tofiq Heydərovun da iştirak etdiyi tədbirdə baş katib Rizvan Rəsulov geniş hesabatla çıxış edib.

O, AAAF-ın 2008 və 2012-ci il Yay Olimpiya Oyunlarında mübarizə aparan atletlərdən götürülən nümunələrin yenidən analizi nəticəsində çıxan dopinq qərarına görə aldığı bir illik cəza və bu cəza nəticəsində yaranan problemlərin həlli, durumdan çıxış istiqamətləri barədə həyata keçirilən işlər haqqında danışıb.

Baş katib həmçinin ilboyu təşkil olunan daxili yarışlar, təlim-məşq toplanışları, mütəmadi keçirilən anti-dopinq seminarları və çoxsaylı yoxlamalar, paytaxt və regionlarda idman qurğularının inşası və bərpası, zallara ağırlıqqaldırma avadanlıqlarının paylanılması, çəkilən xərclər, il ərzində beynəlxalq yarışlarda əldə olunan nəticələr barədə məlumat verib.

Hesabat dinlənildikdən sonra iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib. Sonda hesabat məruzəsi səsə qoyulub və yekdilliklə qəbul olunub.

Oxşar xəbərlər

Atletika Federasiyasında yeni təyinat
İlin ən yaxşıları mükafatlandırıldı - Qarayeva ilin kəşfi oldu
AMADA və AAAF birgə anti-dopinq seminarı təşkil ediblər
Ağır atletika federasiyasının hesabat iclası keçirildi
Ağır Atletika federasiyasına yeni prezident seçildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər