reklam
Sportfm.az xəbər saytı

"Zirə"nin rəqibləri müəyyənləşdi


Azərbaycanın “Zirə” futbol komandasının Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı zamanı yoxlama matçı keçirəcəyi iki rəqib müəyyənləşib.

Klubdan Sportfm.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi yanvarın 27-də Polşa Ekstraklasa təmsilçisi “Krakoviya”, yanvarın 30-da isə Rusiyanın I divizion klubu “Avanqard”la qarşılaşacaq.

Daha bir yoxlama matçı isə fevralın 2-də keçiriləcək. Rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, “Qəbələ”nin sabiq futbolçuları Sergey Zenyov və Xavi Hernandez hazırda “Krakoviya”nın formasını geyinirlər.

Oxşar xəbərlər

"Qəbələ"nin rəqibləri müəyyənləşdi - Toplanış
"Zirə"nin rəqibləri məlum oldu
"Zirə"nin qış hazırlıq planı müəyyənləşdi
"Səbail" Macarıstan, Ukrayna və Qazaxıstan komandaları ilə qarşılaşacaq
“Neftçi”nin Antalyadakı rəqiblərindən ikisi müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər