reklam
Sportfm.az xəbər saytı

"Səbail" Macarıstan, Ukrayna və Qazaxıstan komandaları ilə qarşılaşacaq


Yanvarın 12-də təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə yollanacaq “Səbail” futbol komandasının yoxlama oyunlarında rəqibləri müəyyənləşib.

Sportfm.az xəbər verir ki, “dənizçilər” yanvarın 15-də “Aqvital” (Macarıstan), 21-də “Desna” (Ukrayna), 24-də isə “Kaysar”la (Qazaxıstan) qarşılaşacaq.

Komandanın qüvvəsini sınayacağı 4-cü rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, “Səbail” yanvarın 25-dək Türkiyədə hazırlıq keçəcək.

Oxşar xəbərlər

"Neftçi" Ukrayna komandası ilə qarşılaşacaq
"Zirə"nin qış hazırlıq planı müəyyənləşdi
“Neftçi”nin Antalyadakı rəqiblərindən ikisi müəyyənləşdi
"Zirə"nin rəqibləri müəyyənləşdi
"Səbail"in rəqibləri müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər