reklam
AFFA-da İcraiyyə Komitəsinin fövqəladə iclası
Sportfm.az xəbər saytı

AFFA-da İcraiyyə Komitəsinin fövqəladə iclası


AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib. Sportfm.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, İK-nın digər üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov iştirak ediblər. Aparılmış müzakirələrən sonra aşağıdakı qərarlar qəbul edilib:
1. Nəticəsinin şübhəli olması ehtimal edilən oyunlarla bağlı AFFA tərəfindən aparılan araşdırmanın nəticəsi barədə İcraiyyə Komitəsinə məlumat təqdim olunsun.
2. AFFA-nın növbəti Konfransı 2017-ci il mart ayının birinci yarısında keçirilsin. Konfransın dəqiq tarixinin müəyyənləşdirilməsi baş katibliyə həvalə olunsun.
3. AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülsün.

Oxşar xəbərlər

AFFA yeni milli komanda yaratdı - RƏSMİ
AFFA-nın növbəti Hesabat Konfransı keçirilir
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirildi
Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinə seçilə bilmədi
AFFA növbəti konfransın vaxtını açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər