reklam
Sportfm.az xəbər saytı

"Yeni Günəşli" Super Liqada itkisiz irəliləyir -FOTO


Futtennis üzrə Azərbaycan Super Liqasında 3-cü və 4-cü turun oyunlarına yekun vurulub. 
Sportfm.az xəbər verir ki, ötən gün "Marafon" İdman Klubunda A qrupunda yer alan komandaların oyunları keçirilib. Üçüncü tur çərçivəsində paytaxt "Atletiko"su ilə üz-üzə gələn "Yeni Günəşli" inamlı qələbə qazanıb 2-0. Super Liqanın iddialı klublarından biri olan "Marafon"la NUR-un görüşündə birincilər rəqibini 2-0 hesabı ilə məğlub edib. "Yasamal" - "Xilə" matçı da eyni hesabla yekunlaşıb. 4-cü turda futtennis üzrə Azərbaycan Kubokunun finalçısı olan "Marafon" güclü heyətə malik "Yeni Günəşli" qarşısında tab gətirə bilməyib 1-2. Gün ərzində ikinci dəfə mübarizəyə atılan "Atletiko" "Yasamal"la bacara bilməyib 0-2. 3-cü turda qalib gələ bilməyən "Xilə" bu dəfə də yenilgi ilə barışıb. Heyətində futbol üzrə yığma komandamızın sabiq forvardı Fərid Quliyevin çıxış etdiyi NUR komandası rəqibinə 2-1 hesablı məğlubiyyət yaşadıb. 
Futtennis üzrə Azərbaycan Super Liqası 
21 dekabr 
A qrupu, 3-cü tur 
Atletiko - Yeni Günəşli         0-2
NUR - Marafon                 0-2
Yasamal - Xilə                  2-0
4-cü tur 
Yeni Günəşli - Marafon         2:1 
Atletiko - Yasamal              0-2
Xilə - NUR                       1-2 

Oxşar xəbərlər

"Atletiko" Şuşa"ya, "Neftçi" "Yeni Günəşli"yə rəqib oldu
"Neftçi" Super Liqada ilk məğlubiyyətini aldı
"Yasamal" Super Liqada liderliyi ələ aldı
"Şuşa" və "Marafon" növbəti qələbələrini qazandı, "Neftçi" İK "Meqa"nı məğlub etdi - Super Liqa davam edir
"Şuşa" komandası Super Liqada ilk qələbəsini rəsmiləşdirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər