reklam
Premyer Liqa klublarının nümayəndələri video dərslərlə tanış oldu -
Sportfm.az xəbər saytı

Premyer Liqa klublarının nümayəndələri video dərslərlə tanış oldu -FOTO


AFFA-nın Futbol Akademiyasında Lisenziyalaşdırma qrupunun təşkilatçılığı ilə klublarda çalışan əməkdaşlar üçün “Lisenziyalaşdırma üzrə menecerlər üçün kurs” çərçivəsində imtahan keçirilib.
Sportfm.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 1 ay öncə klub nümayəndələri Lisenziyalaşdırma qrupu tərəfindən hazırlanmış video dərslərlə tanış olmaq imkanını əldə ediblər.
İmtahandan əvvəl isə Lisenziyalaşdırma qrupunun əməkdaşları iştirakçılara imtahanın şərtlərini xatırladıb, verilən sualları cavablandırıblar. İmtahandan müvəfəqiyyətlə keçən klub nümayəndələri xüsusi sertifikatla təltif olunacaqlar.
Lisenziyalaşdırma qaydalarına əsasən cari mövsümdən klubun lisenziyalaşdırma üzrə meneceri qeyd olunan sertifikata mütləq qaydada malik olmalıdır.

Oxşar xəbərlər

AFFA klublar üçün iclas keçirdi - Videokonfrans formatında
Mövsümün açılış iclası keçirildi
AFFA-da 2019-2020 Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi
AFFA Toğrul Əsgərova sertifikat verdi - FOTO
Lisenziyalaşdırma qrupunun iclası keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər