Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Beşiktaş"ın rəqibi müəyyənləşdi - "Qarabağ"
Türkiyənin "Beşiktaş" klubunun Azərbaycanda yoldaşlıq oyunu keçirəcəyi rəqib müəyyənləşib.
Sportfm.az xəbər verir ki, İstanbul təmsilçisi "Qarabağ"la qarşılaşacaq. Bu haqda Qol.az-a Ağdam klubunun direktoru Əmrah Çəlikəl məlumat verib.
Onun sözlərinə görə, hələlik oyunun keçiriləcəyi tarix dəqiqləşməyib: "Bugünlərdə danışıqlar üçün "Beşiktaş" klubunun idarə heyətinin üzvü Gökhan Sarı və klubun daha bir rəsmi nümayəndəsi Umut Kutlu Azərbaycana gələcək. Onunla görüşümüz olacaq. Bundan sonra da matçın vaxtı müəyyənləşəcək".
Klub rəsmisi "Qarabağ"la yoldaşlıq oyunu təklifinin "Beşiktaş"dan gəldiyini də bildirib.
Oxşar xəbərlər
"Beşiktaş"da 39 yaşlı futbolçu - Transfer
“Beşiktaş” Bakıya gəlir - tarix məlum oldu
“Beşiktaş” Azərbaycanda yoldaşlıq oyunu keçirəcək
“Qarabağ”dan "Beşiktaş" açıqlaması - RƏSMİ
“Beşiktaş” Azərbaycana gəlir? - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası