Klub prezidenti futbolçunu öldürmək istədi -Film kimi hadisə
Türkiyənin "Trabzonspor" klubunun "Şanlıurfaspor"a icarəyə verdiyi futbolçusu Mertcan Çam dəhşətli iddia ilə çıxış edib.
Sportfm.az saytı xəbər verir ki, 22 yaşlı oyunçu Urfa təmsilçisində çıxış etdiyi dönəmdə ailəsinə ev aldığını bildirib. Lakin klubdan maaşını ala bilmədiyi üçün evinin əlindən alındığını görən Mertcan, komandanın prezidentinə müraciət edib. "Şanlıurfaspor"un prezidenti Emin Yetim yarımmüdafiəçini otağına dəvət edərək maaşını istədiyi üçün onun başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməyə başlayıb. Prezidentin əllərindən canını zorla qurtaran futbolçu qaçaraq, gizlənib. Bu vaxt onu axtaran klub rəhbəri tutduğu silahlı şəxslərə 5-6 nəfərə Mertcanı tapdıqda, öldürməyi əmr edib. Gizləndiyi yerdən qaçaraq, taksi ilə Trabzona dönən futbolçu polisə gələrək, olanları danışıb. Hadisə ilə bağlı cinayət işi açılıb.
Oxşar xəbərlər
"Qarabağ" "Trabzonspor"un hücumçusuna elçi düşdü - İDDİA
"Trabzonspor" millimizin sabiq futbolçusunu icarəyə verdi
Qıza görə futbolçunu öldürdülər - DƏHŞƏT
Ömürlük cəza alan prezident yeni baş məşqçisinə qovuşdu - FOTO
Futbolçunu döyən klub prezidenti ömürlük cəza aldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" "Dinamo" Zaqrebə qarşı - Gənclər Liqası
-
1/8 finalçılar müəyyənləşir - Azərbaycan Kuboku
-
FIFA və AFFA rəhbərliyi yığmamızın oyununu izlədi
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Futbolçularımız Çili ilə üz-üzə - FIFA U-15 dünya çempionatı
-
Azərbaycan millisi Çiliyə məğlub oldu - Dünya çempionatı













Misli Premyer Liqası