reklam
Araz Abdullayev komandasının qələbə qolunu vurdu
Sportfm.az xəbər saytı

Araz Abdullayev komandasının qələbə qolunu vurdu


Futbol üzrə Kipr çempionatında 15-ci turun oyunları keçirilib.

Sportfm.az xəbər verir ki,  azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Alki Oroklinis”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Abdullayev iştirakçısı olduğu görüşün start heyətində meydana çıxıb və sonadək oynayıb. Futbolçumuz komandasının qələbə qolunu vurub. Millimizin üzvü 90-cı dəqiqədə fərqlənməklə Kipr çempionatında ikinci qoluna imza atıb.

Geridə qalan turlarda 33 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdi.

Oxşar xəbərlər

Dadaşov yenə vurdu - Qərb Regional Liqası
Nəbiyev ilk rəsmi qolunu vurdu
Araz qayıtdı, komandası qələbə qazandı
Araz Abdullayevin komandası 3 qola sevindi - VİDEO
Araz Abdullayev üçün 90 dəqiqə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər