Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Gəncəli futbolçu aqressiv davrandı - iki oyun cəzalandı
Sportfm.az saytı xəbər verir ki, İntizam Komitəsi növbəti qərarlarını açıqlayıb:
1 dekabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının XIV turunun “Qarabağ” – “Neftçi” matçının 26-cı dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur (maddə 52).
4 dekabr 2017-ci il, 2017/2018 mövsümündə, Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIV turunun “Səbail” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
4 dekabr 2017-ci il, 2017/2018 mövsümündə, Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIV turunun “Qəbələ” – “Keşlə” matçının 44-cü dəqiqəsində “Keşlə” klubunun məşqçisi Üzeyir İbrahimov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırırldığı üçün 1 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 62).
4 dekabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XII turunun “Mil-Muğan” – “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40). Oyunun 60-cı dəqiqəsində “Mil-Muğan” klubunun 7 №-li futbolçusu Bayram Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).
4 dekabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XII turunun “Zaqatala” – “Sabah” matçının 40-cı dəqiqəsində “Sabah” klubunun 10 №-li futbolçusu Cavad Kazımov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). Oyunun 88-ci dəqiqəsində “Zaqatala” klubunun 9 №-li futbolçusu Osman Qurbanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır. Oyun bitdikdən sonra "Zaqatala" klubunun 9 №-li futbolçusu Osman Qurbanov hakimlər briqadasın təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur (maddə 42.3).
29 noyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan kubokunun 1/8 mərhələsinin “Şüvəlan” – “Səbail” matçında “Şüvəlan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
29 noyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan kubokunun 1/8 mərhələsinin “Qəbələ” – “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40). Oyunun 83-cü dəqiqəsində “Mil-Muğan” klubunun 10 №-li futbolçusu Samir Babayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
29 noyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan kubokunun 1/8 mərhələsinin MOİK – “Keşlə” matçında MOİK klubunun xərəkdaşıyan usaqlarla təmin etməməsinə görə klub klub 80 manat cərimə olunur (maddə 67).
4 dekabr 2017-ci il, Bakcell U-17, “Neftçi” – “Zirə” matçının 89-cu dəqiqəsində “Zirə” klubunun 8 №-li futbolçusu Ümid Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyun bitdikdən sonra “Zirə” klubunun 4 №-li futbolçusu Pərviz Məmmədov və “Neftçi” klubunun 23 №-li futbolçusu Sadik Ağazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
4 dekabr 2017-ci il, Bakcell U-17, “Xəzər Lənkəran” – “Qarabağ” matçının 90+2-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 4 №-li futbolçusu Rasim Xəlilov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyun bitdikdən sonra “Xəzər Lənkəran” klubunun icraçı direktoru Hüseyn Cəbrayıloğlu hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyun cəzalanır (maddə 42.4).
30 noyabr 2017-ci il, U-16 “Turan Tovuz” – “Neftçi” İK İB matçının 10-cu dəqiqəsində “Neftçi” İK İB klubunun 1 №-li futbolçusu Murad Əhmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
2 dekabr 2017-ci il, Boulevard Hotel U-15 Liqasında, “Zaqatala” – “Zirə” matçının 54-cü dəqiqəsində “Zaqatala” klubunun 5 №-li futbolçusu Denis Əsadullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). “Zaqatala” klubun heyətində lisenziyası olmayan futbolçunun iştirak etməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
3 dekabr 2017-ci il, U-13 Liqasında, UGİM (Göygöl) – Gəncə TİM (Gəncə) matçının 6-cı dəqiqəsində Gəncə TİM klubunun 9 №-li futbolçusu Amil Cabbarov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.3).
3 dekabr 2017-ci il, U-12 Liqasında, “Vətən” (Bakı) – “Neftçi” İK İB (Bakı) matçının 42-ci dəqiqəsində “Vətən” klubunun 18 №-li futbolçusu Kənan Allahverdiyev, “Neftçi” klubunun 1 №-li futbolçusu Səfər Sadıqzadə və 7 №-li futbolçusu Fərid Şahhüseynli dava-dalaşda iştirak etdiklərinə görə hər üç futbolçu 3 oyun cəzalanır (maddə 39).
25 noyabr 2017-ci il, U-12 Liqasında, “Xudat” (Xudat) – ŞKGB matçında ŞKGB komandasanın iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
25 noyabr 2017-ci il, U-11 Liqasında, “Sumqayıt” (Sumqayıt) – “Həkəri” (Qubadlı) matçında “Həkəri” komandasanın iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
2 dekabr 2017-ci il U-10 Liqasında, UGİM-1 (Sumqayıt) – UGİM 14 Binəqədi (Bakı) matçında UGİM 14 Binəqədi komandasanın heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
26 noyabr 2017-ci il U-16 qızlar Liqasında, “Mingəçevir-UGİM” (Xaçmaz) matçında hər iki komandanın yaş limitini pozmasına görə hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
30 noyabr 2017-ci il, Yüksək Liqada, “Veqa” – “Gənclik” (Şəki) matçının 77-ci dəqiqəsində “Veqa” klubunun 51 №-li futbolçusu Rəvanə Əliyeva və “Gənclik” klubunun 11 №-li futbolçusu Vüsalə Seyfəddinova aqressiv davranışa görə meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalanır (maddə 38.3).
2 dekarb 2017-ci il, U-13 qızlar Liqasında, “Autizmlilərin” İK– “Xırdalan” City matçında “Autizmlilərin” İK komandasının heyətində yaş limitinin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
Oxşar xəbərlər
İsgəndər Cavadovla oyuna gəlmədilər, məğlubiyyət aldılar!
"Kəpəz" 2400 manat cərimə olundu
“İsgəndər Cavadov”un futbolçusu aqressiv davrandı, 2 oyun cəzalandı
"Turan"ın futbolçusu aqressiv davrandı, 3 oyunluq cəzalandı
Gəncə klubu meydana 10 nəfərlə çıxdı, texniki məğlubiyyət aldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası