Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
EURO 2016: “UEFA sistemdə axmaq dəyişikliklər edib”
Almaniya yığmasının hücumçusu Lukas Podolski UEFA-nı tənqid edib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Qalatasaray”ın oyunçusu Avropa çempionatının yeni formatını bəyənmədiklərini bildirib.
Podolski komandaların sayının artırılması ilə razılaşmadıqlarını və belədə zəif yığmaların da mərhələ adlamaq şansının olduğunu söyləyib: "Avropa çempionatının qrup mərhələsi bir qədər qəribə alındı. Çünki UEFA sistemdə axmaq dəyişikliklər edib. İlk iki oyunda məğlub olan komandanın da son turda qrupdan çıxmaq şansı olurdu. Adamın başını qarışdıran sistemdi. Amma bizim üçün heç nə dəyişmədi”.
Qeyd edək ki, hazırda Fransada keçirilən Avropa çempionatı ilk dəfə 24 komandanın iştirakı ilə start götürüb.
Oxşar xəbərlər
Avropa çempionatının oyunları İsraildən alındı
EURO 2016: Final matçının hakimi açıqlandı
EURO 2016: Ronaldo üçün rekord şansı
EURO 2016: Xorvatiyada ciddi itkilər
EURO 2016: Mübarizəni dayandıran ilk komanda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası