"Atamın istefa verməsinə sevindim" -Coşqun Diniyev
"Qarabağ"ın futbolçusu Coşqun Diniyev səfərdə "Zirə"yə 3:2 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının 13-cü tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportfm.az xəbər verir ki, o, öncə matçla bağlı fikirlərini bölüşüb:
- "Zirə” bizi məğlub etmək və birinci pilləyə yüksəlmək istəyirdi. Onların meydanında oynamaq istənilən komanda üçün çətindi. Lakin mövsümün sonunda çempion olmaq istəyiriksə, əsas rəqiblərimizi məğlub etməliyik. Sevinirəm ki, bu gün qələbə qazandıq.
- İki fərqli hissə izlədik. İlk yarıda "Qarabağ” rəqibinə göz açmağa imkan verməsə də, fasilədən sonra oyunun ssenarisi dəyişdi. Bunun səbəbi nə idi?
- Yorğunluqdan söhbət gedə bilməz, komandada vəziyyət yaxşıdı. İistənilən komanda 90 dəqiqə eyni tempdə oynaya bilməz. Bəzən rəqib, bəzən də biz üstün oynaya bilərik. Əsas məqsədimiz 3 xal qazanmaq idi, bunu da bacardıq.
- Oyunlarda az iştirak edirsən. "İnter"dəki vaxtların üçün darıxmırsan?
- Hər bir futbolçu oynamaq istəyər. Ehtiyatda qalanda narahat oluram. Amma yenə deyirəm, buradan qaçıb getmək mənim üçün yol deyil. Özümü "Qarabağ”da sübut etməyə çalışacağam. İnanıram ki, gələcəkdə daha yaxşı oynayacağam.
- Mərkəz xəttində Riçard Almeyda ilə yaxşı anlaşsan da, bu, Miçellə elə də alınmır. Hətta bəzi oyunlardan sonra mübahisə də edirsiniz...
- Artıq öyrəşmişik. O, meydanda başqa olur, meydanda kənarda başqa. Biz bunu anlayırıq, düşmənçiliyimiz yoxdu. Olanlar hamısı meydanda qalır, meydandan kənarda kollektivik, dostuq.
- Yəqin ki, "Çelsi”yə böyükhesablı məğlubiyyətdən sonra bu oyuna hazırlaşmaq çətin oldu. Həm psixoloji durum, həm də həmin oyunda hakimin qərarları baxımından. Sizə nə dərəcədə çətin idi?
- Əslində, elə oyunlar, elə qərarlar bizi möhkəmləndirir, belə oyunlara hazırlayır. "Qarabağ”da heç vaxt belə problem görməmişəm.
- Şahin Diniyevin "Kəpəz”dən gedişi ilə bağlı nə deyə bilərsən?
- Peşəkar cəhətdən yanaşsaq, atamın istefa verməsini gözləmirdim. Amma emosiyalara qapanıb desəm, onun istefa verməsinə sevindim. Kənardan baxan bunu hiss etməsə də, mən atamın o komandada nə əziyyətlər çəkdiyini görürdüm. Komanda yaxşı vəziyyətdə deyil. Düşünürəm ki, atam vaxtında istefa verməyi bacardı.
- Atanızın səhhəti necədi: Əvvəlki qədər həyəcanlı olmur?
- Əvvəllər ürək ağrıları var idi, indi isə sakit həyat yaşayır. Mənim üçün əsas atamın işi deyil, sağlamlığıdı.(komanda.az)
Oxşar xəbərlər
Ayxan Abbasov yenə tovuzlu azarkeşlərdən danışdı: "İki hissəyə bölünüblər"
"Çempionlar Liqasının qrupuna düşməyi çox istəyirik" - Bədavi Hüseynov
Mirabdulla Abbasov: "Azarkeşlərin yoxluğu qlobal problem deyil"
Onlar hər oyuna motivasiya ilə çıxmasalar… - Qurban Qurbanov
"Neftçi"nin hücumçusu: Onlar bizi çox yaxşı tanıyırlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası