Güləşçilərimiz Rusiyada, Hicran Şərifov hakim-instruktor rolunda
Rusiya Federasiyasının Vladiqafqaz şəhərində sərbəst güləş üzrə "Alans" beynəlxalq turniri start götürüb.
Sportfm.az xəbər verir ki, baş məşqçi Firdovsi Umudov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında turnirdə yığma komandamızın 8 üzvü mübarizə aparır. Heyətdə Əfqan Xaşalov, Georgi Edişeraşvili (hər ikisi 57 kq), Ağahüseyn Mustafayev (65 kq), Məhəmməd Müslümov, Ruslan Dibirhacıyev (hər ikisi 70 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov və Aslanbek Alborov (hər ikisi 97 kq) yer alıb.
I-S kateqoriyalı hakim Hicran Şərifov Dünya Güləş Birliyi tərəfindən hakim-instruktor təyin edilib və turnirin gedişinə nəzarət edir. Görüşlərin idarə edilməsində isə ölkəmiz beynəlxalq dərəcəli hakim Zaur Şərifovla təmsil olunur.
Turnirin proqramına əsasən, noyabrın 18-də 57, 65, 74 və 97 kq çəkidə, noyabrın 19-da isə 61, 70, 86 və 125 kq çəkidə pəhləvanlar arasında qaliblər müəyyənləşəcək.
Oxşar xəbərlər
Güləşçilərimiz Kadırovun xatirə turnirində qüvvələrini sınayacaqlar
Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər
Güləşçilərimiz Kiyevdə güclərini sınayacaqlar
Güləşçilərimizdən böyük uğur
Sərbəst güləşçilərimiz "Yuqra Kuboku" beynəlxalq turnirində iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
Ronaldo tək özünə görə yox, oğluna görə də narazıdı
-
"Əzmkar komandaya qarşı oynayacağıq" - Ayxan Abbasov
-
“Qarabağ” “Zirə”yə qarşı - Yoxlama oyunu
-
"Mingəçevir Reqatası-2026" beynəlxalq turniri başa çatdı
-
Azərbaycan millisinin Avropa çempionatındakı məlum oldu














Misli Premyer Liqası