
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
U-17 və U-19 millilərinin baş məşqçiləri ilə müqaviləyə xitam verildi
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayevlə görüşüb.
Sportfm.az AFFA-nın saytına istinadla xəbər verir ki, Təbriz Həsənov U-19-un, Mirbağır İsayev isə U-17-nin Avropa çempionatının ilkin seçmə mərhələsində çıxışı ilə bağlı hesabat təqdim ediblər.
Hesabatların təqdimatından sonra qarşılıqlı razılıq əsasında hər iki baş məşqçinin müqaviləsinə xitam verilməsi barədə qərar qəbul olunub.
U-19 və U-17 Azərbaycan yığmalarının baş məşqçisi vəzifəsinə təyinatlar ilin sonunadək müəyyənləşəcək.
Oxşar xəbərlər
Mirbağır İsayev baş məşqçi postunu tərk etdi
Mirbağır İsayev "Neftçi"dən getdi
AFFA milli komandalarımızın baş məşqçilərini qovdu - SENSASİYA
Yaşar Vahabzadə qovuldu!
Milli komandalarımızın baş məşqçiləri müəyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin