Kikboksçularımız dünya çempionatında fərqləndilər
Macarıstanın paytaxtı Budapeştdə kikboksinqin WAKO versiyası üzrə keçirilən dünya çempionatı yığma komandamız üçün uğurlu olub.
Sportfm.az xəbər verir ki, 64 ölkədən 800-dən çox idmançının qatıldığı yarışda Azərbaycan komandası 15 kikboksçu ilə təmsil olunub. Yığma komandamızın tərkibində “Neftçi İdman Klubu” dörd idmançı ilə iştirak edib.
Turnirdə 54 kiloqram çəkidə fu-kontakt və lou-kik versiyasında çıxış edən klubun yetirmələri Camal Məmmədov və Çingiz Əhmədov dünya çempionatının bürünc medalına sahib olublar.
Çempionatda klubun məşqçi müəllimi, yarışın ədalət təmsilçisi kimi iştirak edən Elnur Alıyev “Ən yaxşı hakim” seçilərək "A+” kateqoriyasına layiq görülüb.
Qarşıda kikboksçularımızı daha bir mühüm sınaq gözləyir. İdmançılarımız dekabrda Kiyevdə qitə çempionatında yenidən güclərini sınayacaqlar.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |