Tanınmış Formula-1 pilotu karyerasını başa vurdu
Formula-1 üzrə dünya çempionatında iştirak edən İngiltərənin “Uilyams” komandasının pilotu Felipe Massa karyerasını başa vurub.
Sportfm.az xəbər verir ki, 36 yaşlı sürücü noyabrın 12-də keçirilmiş Braziliya Qran-prisindən sonra qərarını açıqlayıb.
F.Massa ötən il karyerasını başa vurduğunu desə də, “Uilyams”ın xahişi ilə daha bir mövsüm çıxış etməyə razı olmuşdu. Formula-1-də 2002-ci ildə debüt edən braziliyalı pilot karyerası ərzində “Sauber” və “Ferrari”nin də şərəfini qoruyub. Onun ən yaxşı göstəricisi 2008-ci ildə əldə etdiyi vitse-çempionluqdur.
Qeyd edək ki, Formula-1 üzrə 2017-ci il mövsümünün qalibi artıq müəyyənləşib. “Mercedes” pilotu Lüis Hemilton çempionluğu rəsmiləşdirib. Braziliya Qran-prisində finiş xəttini 7-ci keçən Massa ümumi cədvəldə 10-cu pillədədir.
Oxşar xəbərlər
“Mercedes”in pilotu Yaponiya Qran-Prisinin qalibi oldu
Yaponiya Qran Prisinin qalibi müəyyənləşdi
Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlumdur - Luis Hamilton
Braziliyalı pilot idmanı tərk edir
"Mercedes"in pilotu Belçika Qran-prisinin qalibi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşən Nəcəf və Canni İnfantino qarşılaşmaları izlədi - FİFA U-15 Dünya Çempionatı
-
Millimiz Haiti yığmasına məğlub oldu - Dünya çempionatı
-
“Araz-Naxçıvan” bu gün ilk oyununa çıxacaq - Çempionlar Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
11 cüdoçumuz “Böyük Dəbilqə”də iştirak edəcək
-
"Qalatasaray" - "Fənərbaxça" 2:1 - VİDEO














Misli Premyer Liqası