Ağabala Ramazanov azyaşlı azarkeşi təhqir etdi
"Qarabağ"ın futbolçusu Ağabala Ramazanov növbəti dəfə qalmaqal yaradıb.
Sportfm.az xəbər verir ki, o, bu dəfə azarkeşləri təhqir edib.
Bunu Rekord.az-a müraciət edən bir nəfər xanım azarkeş bildiib. Olay "Səbail"lə oyundan sonra olub:
"Bu gun "Azərsun Arena"da üzücü mənzərə ilə rastlaşdım. Oyundan sonra 9-10 yaşlı azarkeş yarım litrlik su qabını qazona atdı və o da məşq edən futbolçuların qabağına düşdü. Bu zaman üzünü tribunaya tutan Ağabala "s... sizin var-yoxunuzu" deyərək azarkeşləri təhqir elədi. O azarkeş ki, həmişə "Qarabağ"a sadiqdir. O azarkeş ki, daim sizin yanınızda olur. Həm dəstəyimizi hiss edirsiniz, həm də söyürsünüz. Bunun adı sadəcə, qudurğanlıqdır. Bir xanım azarkeş olaraq Bakıdakı oyunlarda daim "Qarabağ"In yanında olmuşam. Amma bundan sonra Ağabala üzr istəməyənə qədər buna etiraz olaraq "Qarabağ"ın ev oyunlarına getməyəcəm".
Oxşar xəbərlər
"Turan"ın matçına 5 min, "Zirə"nin oyununa isə 800 azarkeş gəlir
Dabo "Neftçi" fanatlarını təhqir etdi - FOTO
Stadionlarımızda nə qədər azarkeş oldu?
Ağdam klubunun azarkeşləri təhqir edildi - OLAY
Ağabala Ramazanov: "Avropada tanınan bir kluba transfer olmuşam"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası