reklam
Quliyev Qata Kamski ilə bir turnirdə
Sportfm.az xəbər saytı

Quliyev Qata Kamski ilə bir turnirdə


Oktyabrın 21-də Fransanın Bastiya şəhərində 21-ci “Corsican Circuit” beynəlxalq şahmat turniri keçiriləcək.

Sportfm.az xəbər verir ki, beynəlxalq turnirdə Azərbaycanı qrossmeyster Namiq Quliyev təmsil edəcək.

Əvvəlcə 81 şahmatçının, o cümlədən 9 qrossmeysterin iştirakı ilə “Open Oscaro” keçiriləcək. Turnir İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq. Onun yekunlarına əsasən rapid üzrə “Corsica Masters” turnirinin 16 iştirakçısı müəyyən ediləcək. “Corsica Masters” oktyabrın 29-da Ayaçço şəhərində keçiriləcək.

Beynəlxalq şahmat turnirinin reytinq-favoritləri amerikalı Qata Kamski, rusiyalı Aleksey Dreyev və ukraynalı Vladimir Onişşukdur.

Oxşar xəbərlər

Azərbaycan beynəlxalq şahmat festivalında təmsil olunacaq
Hüseynov İspaniya şahmat turnirinin reytinq-favoritidir
“Aeroflot Open–2018” turnirində ölkəmizi beynəlxalq qrossmeyster təmsil edəcək
Masters turnirində Azərbaycanın şərəfini beynəlxalq qrossmeysterimiz qoruyacaq
Fuad Cəfərov Memorialının Masters turnirində 22 şahmatçı iştirak edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər