Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Uelsli futbolçu tarixə düşdü
Rusiya ilə görüşdə Uelsin qazandığı qələbədə (3-0) son topu Qaret Beyl qapıdan keçirdi.
Sportfm.az xəbər verir ki, qrup mərhələsində hər oyuna bir dəfə fərqlənən ulduz futbolçu bununla qollarının sayını üçə çatdırıb. Beyl EURO 2016-da bombardirlər siyahısında liderlik etməklə yanaşı, həm də Uels yığmasının Avropa çempionatının final mərhələsində ən çox fərqlənən futbolçusudur.
Qeyd edək ki, Beyldən əvvəl cəmi altı futbolçu qrup mərhələsində üç top vurublar: Mişel Platini (1984), Xristo Stoiçkov (1996), Alan Şirer (1996), Savo Miloşeviç (2000), Milan Baroş (2004) və Ruud Van Nistelroy (2004).
Oxşar xəbərlər
Beyl yığmanın tarixinə düşdü - Ən çox oynayan futbolçu
Runi "Mançester Yunayted"in tarixinə düşdü
Qaret Beyl ada icarəyə götürdü
EURO 2016: Ronaldo rekorda şərik oldu
EURO 2016: Eyni və fərqli yığmalardakı qardaşlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı - Premyer Liqa
-
"Qarabağ" - "Neftçi" matçında bərabərlik, "Sabah"dan qələbə - Premyer Liqa
-
Azərbaycan 2-ci liqasında 8-ci tur başladı
-
"İmişli" minimal hesabla qalib gəldi - Premyer Liqa
-
“Sabah” – “Borussiya” matçını ispaniyalı hakimlər idarə edəcək
-
İdmançılarımız dünya çempionatını 5 medalla başa vurdu















Misli Premyer Liqası