reklam
EURO 2016: Eyni və fərqli yığmalardakı qardaşlar
Sportfm.az xəbər saytı

EURO 2016: Eyni və fərqli yığmalardakı qardaşlar


Bu gün start veriləcək Avropa çempionatı üçün Fransaya yollananlar arasında qardaş futbolçular da var. Apasport.az saytının məlumatına görə, iştirakçı komandalardan 5-də qardaşlar çıxış edəcəklər.
 
Son illərin ən güclü heyətinə malik olan və çempionluğa namizədlər arasında göstərilən Belçika millisinin müdafiəçisi Cordan Lukaku əsas qol "silahı” Romelu Lukakunun kiçik qardaşıdı. "Everton”un heyətində məhsuldar mövsüm keçirən 23 yaşlı Romelu qardaşından 2 yaş böyükdü.
 
Tarixində ilk dəfə qitə birinciliyinin final mərhələsində iştirak hüququ qazanan Şimali İrlandiyanın 2 üzvü qardaşdı. Bunlar Premyer Liqa təmsilçisi "Vest Bromviç”in müdafiəçisi Conni Evans (28 yaş) və Çempionşip klubu "Bləkbörn”ün yarımmüdafiəçisi Korri Evansdı (25).
 
11-ci dəfə turnirə qatılan Rusiya millisinin müdafiə xəttində yer alan Aleksey və Vasili Berezutski qardaşları əkizdi. Rusiya Premyer Liqasının çempionu olan MOİK-in 33 yaşlı futbolçuları komandanın ən təcrübəlilərindəndi.
 
Kosovo əsilli qardaşlardan "Bazel” klubunda çıxış edən müdafiəçi Taulan Xaka (25) turnirdə Albaniya, "Arsenal”a yeni transfer edilən yarımmüdafiəçi Qranit Xaka (23) isə İsveçrə yığmasının formasını geyinəcək.
 
Ümumiyyətlə, keçmişdə 13 ölkədən 26 qardaş futbolçu Avropa çempionatlarının final mərhələsində mübarizə aparıb. İngiltərə millisinin sabiq müdafiəçiləri Qari-Fil Nevill qardaşları ardıcıl 3 (1996, 2000, 2004), almaniyalı Bernd-Karl Haynts Forster qardaşları (1980, 1984), eləcə də xorvatiyalı Niko-Robert Kovaç qardaşları 2 dəfə (2004, 2008) Avropa çempionatlarında iştirak ediblər.
 
Bundan əlavə, Rene-Villi van de Kerkhof (Hollandiya - 1976), Luk-Mark Milleşam (Belçika - 1980), Franko-Cüzeppe Barezi (İtaliya – 1980), Ervin-Ronald Kuman (Hollandiya - 1988), Brayan-Mixael Laudrup (Danimarka - 1996), Emil-Mbo Mpenza (Belçika - 2000), Frank-Ronald de Bur (Hollandiya - 2000), Daniel-Patrik Andersson (İsveç - 2000), Murat-Hakan Yakın (İsveçrə - 2004) və Aleksey-Vasili Berezutski (Rusiya - 2008) qardaşları da Avropa çempionatlarının final mərhələsində çıxış ediblər.

Oxşar xəbərlər

Futbola bir başladılar, bir də bitirdilər
Əkizlər millidən gedir - FOTO
"Qəbələ" üçün 56 yaşlı rəqib
EURO 2016: Tarixin ən qollu çempionatı
Uelsli futbolçu tarixə düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər