Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qarabağ”dan tarixi qələbə
“Qarabağ” Azərbaycan çempionatlarında tarixi qələbəsini qazanıb.
Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisi buna Topaz Premyer Liqasının VIII turunun “İnter”lə görüşündə nail olub. Səfərdə 2:0 hesabı ilə qalib gələn əyalət klubu ölkə birinciliklərində 400-cü qələbəsini bayram edib. Bu göstəricidə yalnız “Neftçi”dən geri qalıb, Azərbaycanda ikinci olan “Qarabağ” yubileyi 728-ci matçında yaşayıb. Bu, isə komandanın keçirdiyi oyunların təxminən 55 faizində qalib gəldiyi deməkdir. Bütün ölkə çempionatlarının iştirakçısı 400 qələbədən 243-nü evdə, 154-nü səfərdə, 3-nü neytral meydanda əldə edib.
Oxşar xəbərlər
"Neftçi"dən 500-cü qələbə
"Qarabağ"dan 450-ci qələbə
"Qarabağ"ın 30-cu səfər qələbəsi
“Zirə” yubiley qələbəsini bayram etdi
"Qarabağ"ın yubiley qələbəsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası