Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
FIFA yeni reytinq cədvəlini açıqladı
FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Sportfm.az xəbər verir ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə 23 pillə geriləyib və 273 xalla 115-ci pillədə qərarlaşıb. Komandamızın reytinqdə geriləməsinə səbəb 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin son iki oyununda məğlub olmasıdır. Belə ki, millimiz Çexiyaya 1:2, Almaniyaya isə 1:5 hesabı ilə uduzub.
Qeyd edək ki, Almaniya 1631 xalla reytinq cədvəlindəki liderliyini davam etdirir. Braziliya 1619 xalla ikinci, Portuqaliya isə 1446 xalla üçüncü pillədə qərarlaşıblar.
Oxşar xəbərlər
Millimiz gerilədi - FIFA reytinqi
Yığmamız gerililəyir
Millimiz FIFA reytinqində mövqeyini qorudu
Millimiz gerilədi - Reytinq cədvəli
Azərbaycan milli komandası 13 pillə geriləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası