Dövlət müdaxilə etdi, FIFA bu ölkənin üzvülüyünü dondurdu
FIFA Sierra Leonenin üzvülüyünü dondurub.
Sportfm.az xəbər verir ki, buna səbəb ölkə rəhbərliyinin Sierra Leone Futbol Birliyinin (SLFA) işinə müdaxiləsi olub. Nəticədə FIFA ölkənin bütün futbol turnirlərindəki çıxışını dayandırıb.
"Sierra Leone Futbol Birliyinin milli və ona bağlı olan digər klubları üzvülüyün dondurulması qərarı dəyişdirilənədək beynəlxalq yarışlara qatılmayacaq" deyə FIFA-nın açıqlamasında bildirilir.
Bundan başqa FIFA Sierra Leone İdman Nazirliyindən SLFA prezidenti İşa Yohanssen və baş katibi Kris Kamaranınvəzifəsindən kənarlaşdırılması ilə bağlı qərarını ləğv etməyi tələb edib.
Qeyd edək ki, Sierra Leone Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Yohanssen və Kamara haqqında korrupsiya ittihamı ilə cinayət işi açıb. Bu səbəbdən İdman Nazirliyi onları vəzifədən kənarlaşdırıb.
Onu da qeyd edək ki, Sierra Leone millisi oktyabrın 11-də Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Qana ilə qarşılaşacaqdı.
Oxşar xəbərlər
2 idmançımız mübarizəyə başlayır - Tokio-2020
Futbolçular qəzaya düşdü - 9 futbolçu və 1 məşqçi öldü
Azərbaycanda oynamış futbolçunun cəzası ləğv edildi
"Bakı"nın şərəfini qorumuş yarımmüdafiəçi ömürlük futboldan qovuldu
FİFA Pakistan Futbol Federasiyasının üzvlüyünü dayandırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası