Robert Prosineçki:"Bir neçə gündən sonra açıqlama verəcəm"
Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsinin son matçında Almaniyaya 1:5 hesabı ilə məğlubiyyətdən sonra oyun haqqında fikirlərini bölüşüb: “Bu hesabdan sonra nəsə demək çətindi. Buna baxmayaraq, ilk hissədə yaxşı oynadıq. Qol vəziyyətlərimiz oldu. Onlardan yalnız birini qola çevirdik. İkinci hissədə rəqib öz gücünü göstərdi. Hesab 6:3 ola bilərdi. Açıq futbol getdi. Rəqib layiqli qələbə qazandı. Daha sonra Prosineçki jurnalistlərin suallarını cavablandırıb.
- Millimizin seçmə mərhələdəki çıxışını necə qiymətləndirərdiniz?
- Ümumilikdə, komandadan razı qaldım. Çətin qrupda, güclü rəqiblərə qarşı futbol oynadıq. Nəticə bizi qane etməsə də, yaxşı oynadıq. Şimali İrlandiya ilə matçı nəzərə alsaq, daha çox xal toplamalı idik. Belə qrupda 10 xal toplamaq asan deyil. Bundan da çox ola bilərdi. Komandama yaxşı qiymət verirəm.
- Müqavilə müddətiniz başa çatır. Qərarınızı vermisinizmi?
- Bakıya qayıdırıq. Gələcək barədə bir neçə gündən sonra açıqlama verəcəm.
- Müdafiənin mərkəzində Ruslan Abışovla Bədavi Hüseynov çıxış etdi. Artıq Rəşad Sadıqovun əvəzləyicisi kimi Ruslanı görmək olarmı?
- Gələcəkdə həmin mövqedə bu cütlüyün tez-tez oynayıb-oynamayacağını deyə bilmərəm. Bu mövqedə problem var. Standart vəziyyətlərdən qol buraxırıq. İndiyə qədər bu mövqedə yüksək səviyyədə oynaya bilmirik. Bunun üzərində çalışacağıq.
- Dmitri Nazarovun matça ehtiyatdan başlaması Çexiya ilə Bakıdakı oyunda zəif çıxışı idi?
- 3 gün əvvəl Çexiyaya qarşı oynadığımız üçün heyətdə dəyişiklik etdim. O mövqedə müdafiəyə meyilli oyunçu oynatmaq istədim. Dmitri müdafiəyə az kömək etdiyi üçün onu ehtiyatda saxladım. Nazarov yaxşı futbolçudu. Sadəcə, bu gün başqa keyfiyyətli oyunçu lazım idi.
Oxşar xəbərlər
"Yaxşı komandaya qarşı oynadıq" - Unay Emeri
"Fransa ilə oyunda çətinliklə qələbə qazandıq"
Robert Prosineçki:"Matçdan sonra bir-birimizin üzünə baxa bilək..."
Robert Prosineçki: Analiz üçün vaxt azdır
Robert Prosineçki:"Ona 5 dəqiqə şans verəcəyimə ümid edirəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası