reklam
Yoahim Löv:
Sportfm.az xəbər saytı

Yoahim Löv:"Rəqibin kimliyinin fərqi yoxdur"


Sportfm.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsinin son matçında millimizi qəbul edən Almaniya yığmasının baş məşqçisi Yoahim Löv oyunsonrası mətbuat konfransında bunları deyib: “Oyunçularımı təbrik edirəm. Qələbə göstərir ki, bizim futbolçular həmişə konsentrasiyanı yüksək səviyyədə saxlayıblar. Hər komanda bunu bacarmaz. Bizim üçün rəqibin kimliyinin fərqi yoxdur. İlk hissədə yaxşı oynamadıq, yavaş hərəkət etdik. Texniki səhvlərimiz oldu. Topu tez-tez öz qapıçımıza ötürürdük. Hamı bizdən yaxşı çıxış gözləyir. Ancaq gənclərə vaxt vermək lazımdı. İkinci hissədə istədiyimizi edə bildik. Elə oynadıq ki, qollar gəlməli idi. Daha sonra Löv jurnalistlərin suallarını cavablandırıb.
- Qələbə qazansanız da, tam razı görünmürsünüz. Səbəb nədir?
- Bir neçə aydan sonra dünya çempionatı start götürəcək. İndidən bu turnir barədə düşünməliyik. Çünki aylar tez keçir. Dünya çempionatı başqa yarışdır.
- İlk hissədə bir epizodda əsəbləşdiniz...
- İlk qoldan sonra müdafiəçilər ləng idilər. Azərbaycan hücuma çıxa bilirdi və bizim oyunçular ağır hərəkət edirdilər. Qol vurmaq üçün tələsdik. İkinci hissədə bu problemi düzəltdik. Arxada yaxşı oynayanda, öndəkilər topu daha yaxşı qəbul edirlər.
- Noyabrda hazırlıq matçları olacaq. Rəqib kimi güclü komandaları seçməyinizin səbəbi nədir?
- Dünya çempionatına qədər 6 oyun keçirəcəyik. Güclü komandalarla ona görə oynamaq istəyirik ki, səhvlərimizi görək və onları düzəldək. Noyabrdan marta qədər 4 aylıq fasilə olur. Bir oyunla hər şeyə aydınlıq gətirmək olmur.
- Dekabrın 1-də püşkatmadır. Həyəcan keçirirsinizmi?
- Rəqibin kimliyinin fərqi yoxdu. İstənilən halda hər kəs bizi ilk pillədə görür.
- Dünya çempionatına qədər heyədə dəyişikliklər ola bilərmi?
- Buna hələ qərar verməmişəm. İlkay Gündoğanın sağalmasını arzu edirəm. Çünki onun bizimlə olmasını çox istəyirəm.

Oxşar xəbərlər

"Bizim də qalib gələ bilmədiyimiz komandalar var" - Ayxan Abbasov
Füzuli Məmmədov qələbəni şərh etdi - "Çətin olacağını bilirdik"
Qurban Qurbanov: "Məğlubiyyəti gözləyirdim"
Qurban Qurbanov:"Oyundan sonra bu barədə düşündük"
"Dedi ki, nə qədər oynamısan, ya oynamamısan fərqi yoxdur, gəl, oynayacaqsan"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər